ABŞ ordusu Livana hücum edərkən İsraili dəstəkləmir və ABŞ bunun üçün yəhudi dövlətinə kəşfiyyat məlumatları vermir. Bu sözləri Pentaqonun mətbuat katibi Sabrina Sinq jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Livana gəlincə, ABŞ ordusu İsrail əməliyyatlarında heç bir şəkildə iştirak etmir”. ABŞ-ın Livana qarşı əməliyyatlarında İsrailə hər hansı yardım edib-etməməsi ilə bağlı suala o, belə cavab verib: “Xeyr, heç bir dəstək yoxdur”. Sinq aydınlaşdırıb ki, bu, yəhudi dövlətinə kəşfiyyat məlumatı verməklə dəstəyin olmamasına da aiddir.
ABŞ-ın İsrailin Livanda quru əməliyyatı keçirmək niyyətində olduğuna inanıb-inanmadığı sualına Sinq belə cavab verib: “Quru əməliyyatı və ya quru işğalına gəlincə, bu barədə danışan israillilərdir. Biz əlbəttə ki, biz regionda daha da eskalasiyaya səbəb ola biləcək hər hansı hərəkəti görmək istəmirik”. O, hesab edir ki, İsrailin belə bir əməliyyatı “qaçılmaz görünmür. (Tass)