Böyük Britaniya hökuməti Livan xalqına humanitar yardım göstərmək üçün əlavə 5 milyon funt-sterlinq (6,7 milyon dollar) ayıracaq. Krallığın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, humanitar yardımın paylanmasına BMT-nin Uşaq Fondu (UNICEF) cavabdeh olacaq.
“Livanda vəziyyət çox narahatdır. Biz Britaniya vətəndaşlarını ölkəni tərk etməyə çağırmaqda davam edirik”, – Böyük Britaniya Xarici İşlər Nazirinin müavini Annelies Dodds bildirib. “Birləşmiş Krallıq hər zaman Livan xalqına güclü dəstək verəcək. Buna görə də biz humanitar böhran nəticəsində didərgin düşmüş mülki şəxslərə kömək etmək üçün UNICEF-ə 5 milyon funt-sterlinq veririk”, – o əlavə edib.
Dodds həmçinin İsrail və Livanın şiə Hizbullah hərəkatı arasında təcili atəşkəsin vacibliyini vurğulayıb. (Tass)