ABŞ hakimiyyəti gürcü müxalifətinin tələbi ilə Gürcüstanın baş naziri İrakli Kobaxidzenin BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasında iştirak etmək üçün ölkəyə buraxılmaması imkanını nəzərdən keçirib. Bu barədə jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
“Bizim məlumatımız var idi və söhbətlər gedirdi ki, [Kobaxidzeni ABŞ-a] buraxmaq və ya buraxmamaq mümkünlüyü nəzərdən keçirilir”, Mdinaradze deyib və əlavə edib ki, ABŞ hakimiyyəti Kobaxidzenin BMT Baş Assambleyasının sessiyasındakı çıxışını da ləğv etməyi planlaşdırır.
Bir müddət əvvəl “Amerikanın səsi” radiostansiyasının gürcü xidməti bildirmişdi ki, BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olan Kobaxidze əvvəlcə Baydenin qəbul etmək üçün dəvətlərin siyahısına daxil idi, lakin daha sonra Amerika liderinin rəhbərliyi dəvəti ləğv etdi. Sonradan bu məlumatı Gürcüstan tərəfi də təsdiqləyib. (Tass)