Almaniya Ukraynanın enerji infrastrukturunun bərpası üçün əlavə 170 milyon avro ayıracaq. Bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt deyib.
O, münaqişə nəticəsində Ukrayna şəhərlərinə və infrastrukturuna ciddi ziyan dəydiyini iddia edib. “Buna görə də Almaniya Ukraynanın enerji infrastrukturunun bərpası üçün qısa müddətdə əlavə 170 milyon avro verəcək”, – Hebestreit bildirib.
O vurğulayıb ki, Bundestaq Ukraynaya hərbi dəstək üçün ayrılan vəsaiti təxminən 400 milyon avro artırmağa razılaşıb: “Bu, əlavə hava hücumundan müdafiə sistemləri, tanklar, dronlar, döyüş sursatları və ehtiyat hissələrinin alınmasına imkan verəcək ki, bu da Ukrayna silahlı qüvvələrini effektiv şəkildə gücləndirəcək ” deyə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi yekunlaşdırıb. (Tass)