İsrail ordusu ölkənin şimalında Livanla sərhəd yaxınlığında müxtəlif döyüş ssenarilərinin, o cümlədən düşmən ərazilərində tətbiq edilən təlimlərin başa çatdığını elan edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Təlim zamanı qoşunlar şimal cəbhəsində düşmən ərazisində müxtəlif ssenarilərə qarşı əməliyyat və maddi-texniki hazırlığını təkmilləşdiriblər”, – məlumatda deyilir. (Tass)