Bakının Xətai rayonunda boya sexində baş verən yanğın söndürülüb.
Bu barədə “Report”a açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqə sektorunun rəisi kapitan Əlibala Əlizadə deyib.
O bildirib ki, yanğınla bağlı əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub:
“Ərazidə yanğın tam söndürülüb, lakin yüksək temperatur müşahidə olduğundan hazırda ərazidə soyutma işləri aparılır”.