Moldovanın baş naziri Dorin Recean Dnestryanıdakı münaqişənin sülh yolu ilə həllinə və sülhməramlı əməliyyatı təmin edən və köhnəlmiş döyüş sursatları ilə anbarları qoruyan Rusiya Qoşunlarının Əməliyyat Qrupunun (OQRF) regiondan çıxarılmasına çağırıb. O, bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı bildirib.
“Moldova Dnestryanı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində respublikanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə, ədalətli, sülh yolu ilə həllinə çalışır Beynəlxalq ictimaiyyətə Rusiya hərbçilərinin respublikamızdan dərhal və qeyd-şərtsiz çıxarılmasının zəruriliyini bir daha təsdiqləməyə çağırırıq”, – Reçan deyib. Əvvəllər Moldova nümayəndələri dəfələrlə BMT tribunasından belə çağırışlar ediblər. (Tass)