İsrail Müdafiə Qüvvələri Yaxın Şərqdə münaqişənin şiddətlənməsindən sonra ilk dəfə Beyrut sakinlərini şəhərin müəyyən ərazilərini boşaltmağa çağırıb. Bu barədə İsrail ordusunun ərəbcə rəsmi nümayəndəsi Aviçai Edri bildirib.
İsrail ordusunun nümayəndəsi Livan paytaxtının sakinlərinə videomüraciətində El-Leylaki məhəlləsində və El-Hadas ətrafında yerləşən bir neçə binanın boşaldılmasının zəruriliyindən danışıb. Edrinin X sosial şəbəkəsindəki səhifəsində Hizbullah hərəkatının hərbi obyekt kimi istifadə etdiyi iddia edilən binaların göstərildiyi bu ərazilərin diaqramı dərc edilib.
İsrail ordusunun sözçüsü, “Əgər siz Hizbullah qurğularının yaxınlığındasınızsa, öz təhlükəsizliyiniz və yaxınlarınızın təhlükəsizliyi üçün dərhal bu binaları tərk etməli və onlardan ən azı 500 metr aralıda olmalısınız” deyib. (Tass)