Pekin İsraili bütün qüvvələrini Qəzza zolağından çıxarmağa çağırır. Bunu BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında Çinin xarici işlər naziri Van Yi deyib.
“Uzunmüddətli atəşkəs və qoşunların Qəzzadan tam çıxarılması zəruridir. Münaqişə tərəfləri Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarına tam əməl etməli, atəşi dayandırmalı və gərginliyi artıra biləcək heç bir addım atmamalıdır”, – o vurğulayıb. Pekin Yaxın Şərqdəki münaqişənin iki dövlətli həllini dəstəkləyir.
“BMT qətnamələri kağız üzərində qalmamalı və fələstinlilərin öz dövlətlərini qurmaq arzusundan məhrum edilməməlidir”, – deyə nazir əlavə edib. (Tass)