İsrail ordusu Beyrutun kənarındakı Dahiya bölgəsində şiə Hizbullah hərəkatının strateji silah anbarlarına zərbələr endirməyə başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İD hazırda Beyrutun Dahiya məhəlləsində mülki binaların altında saxlanılan “Hizbullah” terror təşkilatına məxsus silahlara dəqiq zərbələr endirir”, – deyə məlumatda bildirilir. “Təfərrüatlar bundan sonra veriləcək”, – mətbuat xidməti əlavə edib. (Tass)