İsrail Müdafiə Qüvvələri (IDF) şiə Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.
“Həsən Nəsrullah dünən [27 sentyabr] İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb”, – deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.