İran hökuməti İsrailin hücumu nəticəsində həlak olan Livanın şiə Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.
“İran İslam Respublikası hökuməti sionist rejimin Həsən Nəsrullahın şəhid olması ilə nəticələnən cinayətkar və vəhşi hücumunu pisləyir”, – hökumətin mətbuat xidməti bəyanatın mətnindən sitat gətirir. “Bazar günündən bütün ölkədə ümummilli beş günlük matəm elan edilib”, – deyə məlumatda bildirilir. (Tass)