Misirin Qırmızı dənizdəki vəziyyət və bunun nəticəsində Süveyş kanalında gəmiçilik fəaliyyətinin azalması ilə əlaqədar itkiləri 2024-cü ilin əvvəlindən 6 milyard dollardan çox olub. Bu məlumatı ölkə prezidenti Əbdülfəttah əs-Sisi verib.
“Son 8 ayda Süveyş kanalının gəlirləri təxminən 50-60% azalıb – beləliklə, bizim məruz qaldığımız itkilər 6 milyard dolları ötüb”, – deyə Misirin “ Al Youm as-Sabia” portalı prezidentdən sitat gətirir.Misir lideri həmçinin qeyd edib ki, Qahirə “bölgədəki vəziyyətdən son dərəcə narahatdır, çünki mövcud vəziyyət münaqişənin daha da genişlənməsinə gətirib çıxara bilər”. (Tass)