İyun 15, 2025-1:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

2024:09:30 - 18:00
in İQTİSADİYYAT
A A

Bakıda təşkil olunan Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Beynəlxalq Valyuta Fondunun (BVF) Gəlirlər Administrasiyası Baş İdarəsinin müavini Margaret Kotton ilə görüşüb.DVX-dən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmiz tərəfindən BVF ilə əlaqələrin genişləndirilməsinə önəm verildiyi və təşkilatın biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində reallaşdırılan layihələrə dəstəyinin əhəmiyyəti qeyd olunub.Görüş zamanı Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən forumun əhəmiyyəti və mövzunun aktuallığı xüsusi vurğulanıb. Bildirilib ki, yaşıl iqtisadiyyatın dəstəklənməsi, aşağı karbonlu biznes həllərinə keçidin sürətləndirilməsi ölkələrin əsas fəaliyyət istiqamətini təşkil edir. Bu xüsusda iqtisadi aktivliyin sabit saxlanılması, ədalətli yanaşmanın tətbiqi və biznes mühitinin dəstəklənməsi şəraitində dekarbonizasiyanın həyata keçirilməsi beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərdəndir.Qeyd edilib ki, karbon qiymətqoyması və karbon vergisinin tətbiqi mexanizmləri ciddi araşdırılmalıdır. DVX rəisi Azərbaycanın vergi orqanları tərəfindən bu istiqamətdə təhlillər aparıldığını və beynəlxalq təcrübənin öyrənildiyini söyləyib. Tərəflər karbonsuzlaşma prosesində fiskal alətlərin rolunu dəyərləndirməklə bağlı fikirlərini bölüşüblər.Görüşdə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı, biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi istiqamətində vergi alətlərinin tətbiqi üzrə BVF ilə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib. Tərəflər əməkdaşlığın prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə fikirlərini bölüşüblər.

Əvvəlki Yazı

Texnologiya Universitetində şəhid tələbə və məzunların xatirə guşəsinin açılışı olub

Növbəti Yazı

25 ölkəyə məktub göndərdilər! Hizbullahla atəşkəs üçün İsraildən 2 şərt

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.