Yaponiya imperatoru Naruhito baş nazir Şiqeru İşibanın rəhbərlik etdiyi yeni Yaponiya hökumətinin tərkibini təsdiqləyib. Kyodo xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı Tokiodakı İmperator Sarayında bu münasibətlə rəsmi mərasim keçirilib.
Nazirlər Kabinetinin tərkibinin İmperator tərəfindən təsdiqlənməsi Yaponiya Konstitusiyasına uyğun olaraq həyata keçirilən məcburi prosedurdur. Mərasim zamanı nazirlər növbə ilə imperatordan xüsusi sənəd – monarxın imzası ilə təyinat bildirişi alırlar.
İşiba hökumətində Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi rəhbərləri postlarını keçmiş müdafiə nazirləri Takeşi İwaya və Gen Nakatani tutublar. Yalnız iki nəfər – Nazirlər Kabinetinin baş katibi, hökumətdəki “ikinci adam”, hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri seçilərkən İşibanın rəqibi olmuş Yoşimasa Hayaşi, habelə nazir postlarını qoruyub saxlayıb.
Hökumətin 20 üzvündən 13-ü ilk dəfə nazir vəzifəsinə təyin edilib. Hökumətdə iki qadın var. (Tass)