Avqust 20, 2025-13:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Macarıstan aqrar sahədə əməkdaşlıq istiqamətlərini müzakirə edib

2024:10:01 - 16:55
in İQTİSADİYYAT
A A

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) rektoru Çaba Guricanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri, elmi tədqiqatlar, aqrar təhsil, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ikili diplom proqramlarının həyata keçirilməsi, aqrar sahədə mütəxəssislərin yetişdirilməsi, gənc kadrların təcrübə proqramlarında iştirakının genişləndirilməsi məsələləri müzakirə edilib.

M.Məmmədov Macarıstanda səfəri zamanı keçirilən görüşlərdə aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı razılıq əldə olunduğunu xatırladıb, aqrar təhsil sahəsində ən qabaqcıl elmi nailiyyətlərin innovativ təlim-tədris texnologiyalarının tətbiqi, aqrar sahədə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin yüksəldilməsi və beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsinin əhəmiyyətinə toxunub.

Ç.Gurica bu cür əməkdaşlıqların iki ölkə arasında aqrar təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb. O, Avropanın ən qədim kənd təsərrüfatı ali təhsil müəssisəsi olan MATE-nin tədris metodikası, elmi tədqiqat işləri barədə qonaqlara ətraflı məlumat verib.

Görüş zamanı ADAU və MATE arasında əməkdaşlıq imkanları, tələbə-müəllim mübadiləsi barədə müzakirələr aparılıb, bu sahədə birgə əməkdaşlığın genişləndirilməsinin vacib olduğu vurğulanıb. Tərəflər ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması, təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər.

Əvvəlki Yazı

Niyazi Əmirbəyov: “Əhalinin sayının artması müəyyən sahələrə mənfi təsir göstərir”

Növbəti Yazı

Azərbaycanın Rusiyaya yeni səfiri təyin edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.