İraqın İslami Müqavimətinin bir hissəsi olan silahlı şiə milisləri ABŞ-ın İranın İsrailə hücumlarına cavab verməyə qoşulacağı təqdirdə bölgədəki Amerika bazalarına hücum edəcəkləri ilə hədələyib.
İraq qruplaşmasının bəyanatında deyilir: “Əgər amerikalılar İslam Respublikasına qarşı hər hansı düşmən hərəkətinə müdaxilə edərlərsə və ya sionist düşmən İraqın hava məkanından hər hansı düşmən əməliyyatı aparmaq üçün istifadə edərsə, bölgədəki bütün Amerika bazaları və qurğuları bizim hədəfimizə çevriləcək”. (Tass)