Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb.Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”un yerli bürosuna bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.Yaralı xəstəxanaya yerləşdirilib.Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.Faktla bağlı araşdırma aparılır.