Avqust 22, 2025-16:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Muxtar Babayev: Yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır

2024:10:02 - 12:00
in SİYASƏT
A A

Hazırda yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır.“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Konfransında deyib.O bildirib ki, son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları həyata keçirilir: “Bu sahədə normativ hüquqi aktlar qəbul edilərək praktiki addımlar atılıb. Buna baxmayaraq, hüquqi mexanizmlərin təkmilləşdirilməsi vacibdir. Hüquq sistemlərimiz iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli və ən önəmlisi, iqlimə həssas olanların hüquqlarını qorumalıdır. Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməlidir”.M.Babayev əlavə edib ki, Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir.”Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək aşağı karbonlu inkişafı hədəfləyəcək. Sənədi hazırlayarkən inklüzivlik və insan hüquqlarına xüsusi diqqət yetiririk. Ən həssas qrupların, o cümlədən uşaqlar, qadınlar və yerli əhalinin iqlim siyasətlərimizin mərkəzində olmasını təmin etmək üçün fəal tədbirlər görülür. Bunun üçün müxtəlif maraqlı tərəflər arasında görüşlər və müzakirələr təşkil olunur”, – nazir qeyd edib.O, həllini gözləyən ciddi çağırışların mövcudluğunu da diqqətə çatdırıb: “Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə, təmiz texnologiya və beynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu yerli səviyyədə layihələrin həyata keçirilməsinə çətinlik yaradır”.

Əvvəlki Yazı

İrandan Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən 76 kiloqramdan çox narkotik aşkar edilib

Növbəti Yazı

İcma ABŞ-ni deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışına dəstək olmağa çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.