Bütün Avropa ölkələri tezliklə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olacaq. Bu fikri Macarıstanın baş naziri Viktor Orban deyib.
“Bu gün Avropada yalnız Macarıstan sülhü öz missiyası hesab edir. Lakin miqrasiya ilə bağlı olduğu kimi, tezliklə başqaları da müharibənin səhvini başa düşəcək və sülh tərəfinə gələcəklər”, – o, X (əvvəllər Twitter) paylaşdığı videoda bildirib.
“Qərb yanlış hesablamalara və yanlış strategiyaya əsaslanaraq, vəziyyət getdikcə mürəkkəbləşir, döyüş meydanında heç bir həll yolu tapılmayacaq. Bizə atəşkəs, danışıqlar və sülh lazımdır “deyib Macarıstanın baş nazir. (Tass)