İsrail Hərbi Hava Qüvvələri Livandakı şiə təşkilatı Hizbullahın hədəflərinə zərbələr endirməkdə davam edir. Ordunun mətbuat xidmətinin məlumatına görə, son vaxtlar Livan ərazisində 200-dən çox hədəfə hücum edilib.
Ordunun məlumatına görə, zərbələr hərbi infrastruktur, silah anbarları və Hizbullah silahlı birləşmələrinin üzvlərinin istifadə etdiyi müşahidə mövqelərini hədəf alıb.
Bundan başqa, gecə saatlarında Livanın cənubundakı Bint-Cbeil şəhərində bələdiyyə binası vurulub. İsrail hərbçilərinin məlumatına görə, bu binada silahlı Hizbullah tərəfdarları, eləcə də böyük silah ehtiyatları olub. Açıqlamada bu zərbə nəticəsində 15 Hizbullah radikalının öldürüldüyü bildirilib. (Tass)