Slovakiya hakimiyyəti Ukrayna ərazisindən tranzit vasitəsilə neft və qazın qəbulunu davam etdirməkdə maraqlıdır. Bu barədə ölkənin baş naziri Robert Fiko məlumat verib.
“Biz Ukrayna ərazisindən qaz və neft üçün tranzit marşrutlarının saxlanmasında maraqlıyıq və bu barədə ukraynalı tərəfdaşlarımızla danışırıq”, – Reuters onun sözlərindən sitat gətirib . Baş nazir əlavə edib ki, Avropa Komissiyası Slovakiyaya enerji tədarükünü başqa ərazilərə yönəltmək üçün təzyiq göstərir.
İyulun 17-də Ukrayna “Lukoyl” neftinin Kiyevin “qara siyahı”sına düşməsi səbəbindən öz ərazisindən Macarıstan və Slovakiyaya tranzitini dayandırıb. Rusiya Federasiyasından bu ölkələrə enerji təchizatı Ukrayna ərazisindən keçən “Drujba” kəməri ilə həyata keçirilir. Budapeşt və Bratislava Avropa Komissiyasının vasitəçiliyi ilə Ukrayna ilə məsləhətləşmələrin dərhal başlamasını tələb edərək, Kiyevin hərəkətlərinin Ukrayna ilə Aİ arasında assosiasiya sazişinin birbaşa pozulması olduğunu vurğuladılar.
Sentyabrın əvvəlində Macarıstanın MOL enerji konserni Aİ və Ukraynanın mövcud sanksiyalarına uyğun olaraq Rusiya neftini Drujba kəməri ilə Macarıstan və Slovakiyaya tədarük etməyə razılaşıb. (Tass)