Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.2020-ci il oktyabrın 4-də, saat 10 radələrində Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Cenevrə Konvensiyasının tələbləri pozulmaqla, cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak oldu, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı. Beləliklə, terror nəticəsində şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan dəydi.
“Bu gün mən şəhid anası kimi Azərbaycan Ordusu ilə qürur duyuram. Rəşadətli Ordumuz 30 il düşmən tapdığında olan torpaqlarımızı geri qaytardı. Tunar kimi övladlarımızın qisası yerdə qalmadı”, – deyə şəhid anası diqqətə çatdırıb.
Xatırladaq ki, Vətən müharibəsinin davam etdiyi 44 gündə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Bu amansız terror aktları nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 175 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.