Livanın baş naziri Nəcib Mikati Beyruta işgüzar səfərə gələn İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparıb.
“Al Mayadeen” telekanalının verdiyi məlumata görə , hökumət başçısı İranlı nazirlə İsrailin Livana qarşı davam edən təcavüzünü müzakirə edib və bunu “müharibə cinayəti nümunəsi” adlandırıb.
“Biz BMT Təhlükəsizlik Şurasının yəhudi dövlətinin təhlükəli avantüraları ilə bağlı fəaliyyətsizliyindən təəssüflənirik”, – deyə Mikati telekanaldan sitat gətirib.
Baş nazir Livan xalqına humanitar yardım göstərdiyinə görə İslam Respublikasına təşəkkür edib. (Tass)