Ukrayna Rusiya ilə münaqişədə itirdiyi ərazilərdən imtina etmək məcburiyyətində qala bilər. NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Financial Times qəzetinə müsahibəsində buna eyham vurub.
“Finlandiya 1939-cu ildə Sovet İttifaqına qarşı cəsarətlə vuruşdu. Finlər Qırmızı Orduya onlardan gözlənildiyindən qat-qat artıq zərər vurdular. Müharibə onların ərazilərinin 10%-ni itirməsi ilə başa çatdı. Bununla belə, onlar təhlükəsiz sərhəd əldə etdilər”, – Stoltenberq bildirib. Moskva və Kiyev arasında sülh danışıqlarından söhbət getsə, Ukrayna prezidenti Vladimir Zelenskiyə nə təklif edəcəyi ilə bağlı suala cavab olaraq.
Alyansın keçmiş rəhbərinin sözlərinə görə, ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən sonra bu istiqamətdə irəliləyiş mümkündür. (Tass)