“Estafet” Gənclərin İctimai Birliyi Naxçıvan Gənclər Mərkəzində “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihə çərçivəsində növbəti seminar təşkil edib.AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, layihənin rəhbəri Arzu Qasımov əvvəlcə çıxış edərək, könüllülük pedaqogikasını bilən gənclərin və ya fəaliyyətində bu pedaqogikanı əsas tutan təşkilatların daha yaxşı və tez bir zamanda uğurlu nəticələr əldə edə biləcəklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu fəaliyyətin pedaqogikasını dərk edən gənclər başqalarına hörmət etmək, səbirli olmaq, liderlik və pedaqoji fəaliyyətləri əxz etməklə sağlam vətəndaşlıq mövqeyi sərgiləyə biləcəklər.Sonra seminara start verilib. Seminarda pedaqogika üzrə fəlsəfə doktoru Gülmira Hacıyeva “Könüllülüyün pedaqoji fenomeni” mövzusunda təqdimatla çıxış edib.Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşları Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialı və Naxçıvan Müəllimlər İnstitutudur.