İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubuna yeni silsilə kütləvi zərbələr endirməyə başlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onların hədəfi Hizbullah şiə təşkilatının hərbi obyektləridir, bəyanatda deyilir.
Sentyabrın 23-də İsrail ordusu “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan təşkilatının hərbi obyektlərinə kütləvi hava zərbələri endirib. Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda Hizbullahın baş katibi Şeyx Həsən Nəsrullah öldürülüb. Təşkilat onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəni davam etdirəcəyini vəd edib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib. (Tass)