İş adamı İlon Mask Pensilvaniyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa dəstək kampaniyasında iştirakını davam etdirməyi planlaşdırır. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Mask oktyabrın 5-də ABŞ-ın Pensilvaniya ştatının Butler şəhərində iyul ayında Respublikaçılar Partiyasından prezidentliyə namizədə qarşı sui-qəsdin təşkil olunduğu Trampın mitinqində səhnəyə çıxıb.
Agentliyin məlumatına görə, Mask Pensilvaniyada Trampa dəstək kampaniyası tədbirlərində iştirakını davam etdirəcək. İş adamının bu fəaliyyəti onun əvvəllər yaratdığı və seçki yarışında respublikaçıya yardım göstərən siyasi komitə ilə bağlı olacaq.
Pensilvaniya ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin nəticələri baxımından ən vacib olan ABŞ ştatları sırasındadır. (Tass)