Sentyabr 15, 2025-20:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nazir: “Aqrar istehsalı və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir”

2024:10:08 - 10:53
in İQTİSADİYYAT
A A
Aqrar sahədə gəlirliyin yüksəldilməsi, dayanıqlı satış kanallarının təmin edilməsi, məşğulluğun artırılması üçün digər dəstək tədbirləri ilə yanaşı, aqrar istehsall və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir.

“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.

“Halal standartları əsasında emal prosesinin təşkili dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac potensialını daha da artıracaq. Bu sahədə dayanıqlı inkişafa nail olmaq üçün dünyada mövcud olan trendlər dəyərləndirilməli, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı günümüzün çağırışlarına uyğun qurulmalıdır. Kənd təsərrüfatında yüksək məhsuldarlıq və keyfiyyətli məhsul yetişdirmək üçün tarladan süfrəyədək hər bir addıma xüsusi diqqət və innovativ yanaşma tətbiqi zəruridir. Bu baxımdan göstərilən hədəflərə nail olmaqda əsas ağırlıq özəl sektorun üzərinə düşür”, – deyə o qeyd edib.

“Azərbaycan halal biznes və turizm forumu iştirakçılara bu sektorda mövcud potensialı və investisiya perspektivlərini dəyərləndirmək, ən yaxşı təcrübələri bölüşmək imkanı yaradır. Ümidvaram ki, bu sahənin inkişafı dövlət-özəl sektor əməkdaşlığını daha da genişləndirəcək, məşğulluğu daha da artıracaq, dayanıqlı iqtisadi inkişafı təmin edəcək, fermer və sahibkarların gəlirlərini artıracaq. Bu gün toplaşdığımız bu platformada hər bir iştirakçının rolu böyükdür və birgə addımlar ataraq, bu vacib məqsədlərə nail ola biləcəyimizə inanıram. Bu istiqamətdə aparılacaq müzakirələrdə və qərarların qəbulunda forum iştirakçılarına uğurlar diləyirəm”, – deyə nazir əlavə edib.

Əvvəlki Yazı

Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından dörd il ötür

Növbəti Yazı

Məcnun Məmmədov: “Halal ərzaq istehsalına maraq və tələb artmaqdadır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.