Yəhudi dövləti İranın son raket hücumuna cavab verərsə, İran İsraili vurmağa nə tələsəcək, nə də tərəddüd etməyəcək. Bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
Biz sionist rejimə (İsrail nəzərdə tutulur – TASS qeydi) İranın iradəsini sınamamağı tövsiyə edirik. İstənilən hücuma cavabımız daha güclü olacaq. Biz tərəddüd etmirik, lakin cavab verməyə tələsmirik. İranın infrastruktur obyektlərinə istənilən hücum qətiyyətlə qarşılanacaq”, – deyə onun mətbuat xidməti Əraqçinin sözlərindən sitat gətirir.
“İran İslam Respublikası gərginliyi artırmaq istəmir və müharibədən qorxmasa da, müharibəyə can atmır”, – deyə nazir vurğulayıb. Diplomatın sözlərinə görə, onun Suriya və Livana səfərlərinin məqsədi “İranın müqaviməti bütün gücü ilə dəstəklədiyini və dəstəkləyəcəyini göstərməkdir”. Əraqçinin sözlərinə görə, İsrailə raket hücumu “İranın istənilən təcavüzkar hərəkətlərə cavab vermək əzmini sübut etdi”. (Tass)