İranın silahlı qüvvələri İranın son raket hücumuna İsrailin mümkün cavab reaksiyasına tam hazırdır. Bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz hadisələrin istənilən ssenarisinə və inkişafına hazırıq və silahlı qüvvələrimiz bütün lazımi məqsədləri müəyyənləşdirib, eyni zamanda, bizim siyasətimiz müharibəni dayandırmağa yönəlib”, – deyə onun mətbuat xidməti bildirib. (Tass)