Sentyabr 13, 2025-23:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Xalq yazıçısı: Gənclərə tövsiyəm odur ki, çox mütaliə etsinlər

2024:10:08 - 13:29
in SİYASƏT
A A

Mən oxucularla daim ünsiyyətdə olmağı, onların suallarını cavablandırmağı çox xoşlayıram. Xüsusən də, söhbət Heydər Əliyev kimi maraqlı şəxsiyyətdən gedirsə. Ulu Öndərin həyatı çox çətin və məşəqqətli, eyni zamanda, çox ibrətamiz olub. Ümummilli Lider bizim üçün, cavanlarımız üçün nümunədir. Gənclərimiz özlərini Vətənini sevən, əsl vətəndaş, şəxsiyyət kimi hiss etmək üçün həyatda necə addımlamağın lazım olduğunu başa düşməlidirlər.Bunu X Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-ın stendini ziyarət edən Azərbaycanın Xalq yazıçısı Elmira Axundova bildirib.X Bakı Beynəlxalq Kitab Sərgisində müəllifi olduğu “Ən böyük dissident elə mən özüm olmuşam! Heydər Əliyev və yaradıcı ziyalılar” ikicildliyinin təqdimatının keçirildiyini bildirən Xalq yazıçısı AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Çalışıram bu kitabı daha çox çap edim, həmçinin çoxşaxəli olsun. Məsələn, “Heydər Əliyev və cavanlar”, “Heydər Əliyev və həyat yoldaşı”, “Heydər Əliyev və ziyalılar”. Bunların hamısı çox maraqlıdır. Buna görə də onları çap etməyə davam edəcəyəm. Həmçinin indi kitablarım xarici dillərdə – türk, ingilis, Ukrayna, rus dillərində də çap edilir. Bunlar hamısı olduqca əhəmiyyətli işlərdir”.Xalq yazıçısı yerli nəşriyyatların çox gözəl işlər ərsəyə gətirdiyini vurğulayaraq, bu sahədə böyük irəliləyişin şahidi olduğunu bildirib. O, həmçinin X Bakı Beynəlxalq Kitab Sərgisini şəhərimizin həyatında böyük hadisə kimi dəyərləndirib.“Gənclərə tövsiyəm odur ki, çox mütaliə etsinlər. Onlar kitabdan ayrılmasınlar. Hər hansı bir işin mütəxəssisi olsunlar. O işi ən yaxşı şəkildə görsünlər, həmin sahədə professional olsunlar”, – deyə E.Axundova qeyd edib.Sonda Elmira Axundovaya AZƏRTAC-ın xatirə hədiyyələri təqdim olunub.

Əvvəlki Yazı

Emin Əmrullayev: Alimlər motivasiya edilməlidir

Növbəti Yazı

Azərbaycan Şimali Kiprdə keçirilən beynəlxalq festivalda təmsil olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.