Burkina-Faso Qərblə əməkdaşlıqdan razı qalmadığı üçün ölkə Rusiyaya üz tutub və bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Bunu jurnalistlərə açıqlamasında Burkina-Fasonun baş naziri Yoahim Kjelem de Tambela deyib.
“Bildiyiniz kimi, biz Fransa tərəfindən müstəmləkəyə çevrilmişik. Ona görə də indi sizinlə fransızca danışıram. Və deyə bilərəm ki, fransızlarla və ümumiyyətlə Qərblə qarşılıqlı əlaqə tariximiz bizi qane etməyib. Ona görə də belə qərara gəldik. Fərqli bir yol sınamaq üçün özümüzə dedik ki, əgər indi üz tutmaq istədiyimiz tərəfdaş varsa, o, Rusiyadır.
Baş nazirin sözlərinə görə, son vaxtlar Burkinabe cəmiyyətində böyük dəyişikliklər baş verib. “Burkina-Fasonun paytaxtında burada və orada Rusiya bayraqlarını görmək olar.
Kjelem de Tambela bildirib ki, Qərb ölkələrinin bəzi nümayəndələri qəsdən Burkina-Fasonu Rusiya ilə qarşılıqlı fəaliyyət imkanlarının məhdud olduğuna inandırmağa çalışıblar. “Bizə dedilər ki, bu əməkdaşlıqdan məyus olacağıq, Rusiya Federasiyası bizə yalnız silah təklif edə bilər “Rusların silahdan başqa təklif edə biləcəkləri heç nə yoxdur, biz əminik ki, bu, belə deyil, ruslar Afrikada irimiqyaslı infrastruktur layihələri üzərində işləyirlər”, – deyə baş nazir vurğulayıb. (Tass)