Çin Sahil Mühafizəsi iki Filippin gəmisini Pekin və Manila arasında ərazi mübahisəsinə səbəb olan Cənubi Çin dənizindəki Huangyan adasının (Skarboro rifi) sularına qəsdən müdaxilə etməkdə ittiham edib.
“Oktyabrın 8-də Filippinin 3001 və 3002 nömrəli gəmiləri Çin hökumətinin icazəsi olmadan Çinin Huangyan adası yaxınlığındakı sulara qəsdən daxil olublar”, – deyə ÇXR Dəniz Polisi Departamentinin nümayəndəsi Liu Dejun bildirib.
O, Çinin sahil mühafizə gəmilərinin qanuna uyğun olaraq “nəzarət tədbirləri gördüyünə” diqqət çəkib. Onların hərəkətləri peşəkar və qanuni idi, deyə o əlavə edib.
“Çinin Huangyan adası və onun ətrafındakı sular üzərində mübahisəsiz suverenliyi var”. “Biz Filippini bu cür pozuntuları dərhal dayandırmağa çağırırıq”- deyib. (Tass)