Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Misirin paytaxtına gəlib və orada FƏTH hərəkatının nümayəndələri ilə görüşü planlaşdırılıb. Bu barədə Fələstinin Maan agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, “HƏMAS-ın nümayəndə heyəti Qahirədədir və Fələstin sıralarının birliyi ilə bağlı fraksiyalar arasında barışıq və razılıq əldə olunması ilə bağlı məsələləri müzakirə etmək üçün Fəth nümayəndələri ilə görüşmək niyyətindədir”. Bildirilir ki, HƏMAS nümayəndə heyətinə radikal hərəkatın Siyasi Büro üzvləri Xəlil əl-Heya və Hussam Badran başçılıq edir. (Tass)