Braziliyanın Federal Ali Məhkəməsi X sosial şəbəkəsinin ölkədə fəaliyyətini bərpa edə biləcəyi barədə qərar verib. Bu barədə Reuters məhkəmənin bəyanatına istinadən məlumat yayıb.
Sənədə görə, bu qərar messencerin ona əvvəllər verilmiş məhkəmə qərarlarına əməl etməyə başlaması ilə əlaqədar verilib.
Qərar dərhal qüvvəyə minir. (Tass)