İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub. Bu barədə İsrail hökumətinin başçısının ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə danışır”, – deyə məlumatda bildirilir.
Çərşənbə günü İsrail telekanalı 12 Netanyahunun təxminən 50 gündür Baydenlə əlaqə saxlamadığını qeyd edib. Qeyd olunub ki, İsrail baş naziri 10 günə yaxındır ki, Amerika liderindən zəng gözləyirmiş. (Tass)