Dövlət Departamenti Ekvadorun keçmiş prezidenti və vitse-prezidenti Rafael Korrea və Xorxe Devid Qlas Espinelin korrupsiyada iştirakına görə onlara viza məhdudiyyəti qoyub. Bu barədə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, Korrea və Espinel “dövlət vəzifəsində işləyərkən əhəmiyyətli korrupsiyada iştirak etdiklərinə görə Birləşmiş Ştatlar üçün qəbuledilməzlər siyahısına salınıblar”. Diplomatın əlavə etdiyi kimi, onlar “gəlirli dövlət müqavilələrinin təmin edilməsi müqabilində siyasi töhfələr də daxil olmaqla rüşvət alıblar”. Siyasətçilərin yaxın qohumlarına qarşı da sanksiyalar tətbiq edilib. (Tass)