Sentyabr 13, 2025-14:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Deputat: Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi tarixi hadisədir

2024:10:10 - 14:35
in MƏDƏNİYYƏT
A A

Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi tarixi hadisədir.

Bu sözləri “Report”a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O xatırladıb ki, bununla bağlı qərar MDB Humanitar Əməkdaşlıq Şurasının iclasında qəbul edilib:

“Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri idi və demək olar ki, tamamilə dağıdılmışdı. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb”.

Deputat Moskvada təşkil edilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını qeyd edərək, xatırladıb ki, səfər çərçivəsində rusiyalı həmkarı ilə görüşdə iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğu diqqətə çatdırılıb:

“Bu isə onu deməyə əsas verir ki, qarşılıqlı etimad əsasında formalaşmış Azərbaycan-Rusiya münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir. Hazırda Azərbaycanla Rusiya arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm siyasi iradə və əzm var. Bu da dövlətlərimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin edilməsinə böyük töhfə verir”.

S.Salmanova vurğulayıb ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətlərini əhatə edir.

O qeyd edib ki, iki ölkə arasında yaradılmış bu cür mühit ilk öncə dövlət başçıları – Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinə əsaslanır.

“Dövlət başçılarının son illər mütəmadi görüşləri və qarşılıqlı səfərləri Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls verib”, – o deyib.

Əvvəlki Yazı

Paris miqrantların qovulması ilə bağlı bir neçə ölkə ilə razılığa gəlmək istəyir

Növbəti Yazı

İran İsrailin nüvə mərkəzlərinə zərbə endirməsi ehtimalını şərh edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.