ABŞ və bir sıra digər Arktika ölkələri Rusiya və Çin arasında regionda artan əməkdaşlıqdan ciddi narahatdırlar. Bu açıqlama ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun çıxış edib.
“Biz Rusiya və Çinin bir-biri ilə getdikcə daha çox əməkdaşlıq etdiyini görürük və Arktika bu əməkdaşlığın [gücləndirdiyini] gördüyümüz ən son sahədir” deyib. O, bu həftə İslandiyada Arktika Qərargah Rəisləri Konfransında iştirak edəcək.
“Biz hamımız diqqət yetirməliyik və onların birlikdə nə etdiklərini və bunun hansısa kollektiv faydası olub-olmadığını və ya digər ölkələrə meydan oxumaq üçün edilib-edilmədiyini başa düşməliyik” dedi. Braunun sözlərinə görə, Moskva və Pekinin regionda birgə təlimləri xüsusi narahatlıq doğurur. (Tass)