Avqust 19, 2025-1:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Füzuli yaradıcılığının məktəblərdə tədrisinə dair yeni kitab nəşr olunub

2024:10:10 - 17:00
in SOSİAL
A A

Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək hazırlanmış tədbirlər planına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının qərarı ilə “Məhəmməd Füzulinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisinə dair” adlı dərs vəsaiti nəşr olunub.

AZƏRTAC xəbər verir ki, yeni nəşrdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının məktəblərdə tədrisinin üsul və vasitələri araşdırılıb. Kitab ali məktəblərin Filologiya fakültələrində ədəbiyyatın tədrisi metodikası fənni üzrə dərs vəsaiti və ümumtəhsil məktəblərinin VIII və X siniflərində ədəbiyyat fənninin tədrisi zamanı müəllimlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulan metodik vəsait kimi hazırlanıb.

Dərs vəsaitində Məhəmməd Füzuli irsinə müasir pedaqoji yanaşma, ümumtəhsil məktəblərində şairin əsərlərinin tədrisinə dair metodik vəsaitlərin hazırlanması və ondan istifadə texnologiyaları, ümumtəhsil məktəblərinin aşağı siniflərində Füzuli yaradıcılığına müraciət kimi aktual məsələlər müzakirə predmetinə çevrilib.

Kitabın üz qabığındakı Füzuli portretinin müəllifi Xalq rəssamı Əzim Əzimzadədir.

Yeni nəşrin həmmüəllifləri professor Lalə Əlizadə və dosent Əzizağa Nəcəfzadədir. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovadır. Rəyçiləri professor Vüqar Əhməd, ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və Xaçmaz şəhər A.Səlimov adına 7 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Cəlilovadır.

Əvvəlki Yazı

Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edib

Növbəti Yazı

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.