Amerikalı jurnalist Ceremi Loffredo oktyabrın 1-də İranın İsrail hərbi obyektlərinə raket hücumunun nəticələri ilə bağlı həssas məlumatları açıqlamaqda şübhəli bilinərək İsraildə saxlanılıb. Bu barədə Ynet portalı məlumat yayıb.
jurnalistdir və başqa işlərlə yanaşı, Fox News kanalında da çalışıb. Bundan əlavə, onun materialları The Grayzone portalında dərc olunub. Loffredo İran raketlərinin yerləşdiyi yerlər barədə məlumat yaydıqdan sonra milli təhlükəsizliyə təhlükə törətməkdə şübhəli bilinərək İsrail polisi tərəfindən saxlanılıb.
Ynet-in məlumatına görə, müxbir xüsusilə də İsrailin cənubundakı Nevatim aviabazasına və ölkənin mərkəzi hissəsindəki kəşfiyyat qərargahına İran mərmilərinin düşməsi ilə bağlı açıqlamalar yayıb. Loffredo öz paylaşımlarında İsrailin Qəzza zolağına hücumlar üçün Nevatim Hərbi Hava Qüvvələri bazasından istifadə etdiyini də iddia edib və İsrailin baş naziri Binyamin Netanyahunun istifadə etdiyi iddia edilən şəxsi təyyarənin də orda yerləşdiyini yazıb.
Ynet-in məlumatına görə, amerikalı jurnalist indi “müharibə zamanı düşmənə yardım etmək və düşməni informasiya ilə təmin etmək”də ittiham oluna bilər. Portal bildirir ki, Loffredo xarici jurnalist olduğu üçün bu həbs ABŞ və İsrail arasında münasibətlərdə “diplomatik insident”ə səbəb ola bilər. Ynet qeyd edir ki, polis Loffredonun həbs müddətinin uzadılmasını tələb etdiyi məhkəmə iclasında ABŞ səfirliyinin nümayəndələri iştirak edib. (Tass)