Tehran Kazanda keçiriləcək BRİKS sammitində Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa ümid edir. Bunu İran prezidenti Məsud Pezeşkian Aşqabadda Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.
“Ümid edirəm ki, biz bu sazişi Rusiyada keçiriləcək BRİKS sammiti zamanı bağlayacağıq”, – deyə onun mətbuat xidməti Pezeşkiandan sitat gətirir. (Tass)