Avqust 25, 2025-23:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mühəndislik düşüncələrinin inkişaf mərhələləri – yeni nəşr

2024:10:11 - 15:01
in SOSİAL
A A

Dünyaşöhrətli azərbaycanlı alim, mexanik-filosof, texnika elmləri doktoru, professor Əhəd Canəhmədovun “Mühəndislik düşüncələrinin inkişaf mərhələləri” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, nəşrin elmi redaktoru Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevdir.

Kitabdakı materiallar mühəndislik elminin və düşüncələrinin bir neçə istiqamətini əhatə edir və oxucular üçün maraq kəsb edən bir sıra məsələlər nümunələr əsasında diqqətə çatdırılır.

Mühəndisliyin əsas inkişaf mərhələlərini əhatə edən materiallar kitabda “Mühəndislik düşüncələrinin yaranmasının qısa tarixi”, “Orta əsr Şərq və Avropada mexanika”, “Neft sənayesinin formalaşmasında mühəndis düşüncələri (XIX-XX əsrlər)”, “Aviakosmik texnikanın yaranma və inkişaf tarixi”, “Tribologiya elminin inkişafının qızıl dövrü” fəsillərində, habelə proloq, epiloq və əlavədə öz əksini tapıb.

Kitab oxucuda mühəndisliyin inkişaf mərhələlərinə dair geniş təsəvvür yaradır. Professorun fikrincə, mühəndisliyin ilkin inkişaf mərhələsi – Paleolit dövründə odun əldə edilməsi, Yuki və Tuya məqbərəsində tapılan qədim döyüş arabalarında strukturların yaradılması və s. eramızdan əvvəl IV minillikdə təkərin ixtirası kimi parlaq kəşflərlə yadda qaldı. Eramızdan əvvəl I minilliyin əvvəllərində qaldırıcı mexanizmlərin mühüm elementinə çevrilən bloklar meydana çıxdı və təxminən eramızdan əvvəl 700-cü illərdə ip ötürülməsinin bir variantı olan bir polispast icad edilmişdir. Markus Vitruvius Pollio eramızdan əvvəl I əsrdə mövcud olan müxtəlif komponentləri və dişləri olan taxta dəyirmanı təsvir etdi. Digər kiçik mühəndislik ixtiraları da var idi. İntibah dövrü isə mühəndisliyin inkişafına təsir etdi.

Müəllif yazır: “Mənim üçün xüsusilə çox böyük əhəmiyyət kəsb edir ki, müasir dövrdə elm və texnologiya intensiv inkişaf edir, bir-birini tamamlayır, çox qədim və maraqlı bir sənətin – mühəndisliyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsirini göstərir.

Bu kitabda mən mühəndislik düşüncələrinin inkişafının əsası kimi mexanika, fizika və tribologiyanın xarakterini və mahiyyətini müəllimlərimin əxz etdiyi kimi çatdırmağa çalışdım”.

Xatırladaq ki, professor Əhəd Canəhmədov Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, “Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalının baş redaktorunun müavinidir.

Xarici ölkələrin bir sıra akademiyalarının həqiqi üzvü, 40-dan çox monoqrafiyanın, 3 elmi kəşfin və 500-ə yaxın elmi məqalənin və patentin müəllifidir. Rusiyanın Əməkdar mühəndisidir. O, “Elm Cəngavəri” rütbəsinə layiq görülüb. Elm və təhsil üzrə bir sıra beynəlxalq müsabiqələrin laureatıdır. Onun fundamental əsərləri ingilis dilinə tərcümə edilib, ABŞ, Almaniya və digər ölkələrdə nəşr edilib və beynəlxalq səviyyədə tanınıb.

Əvvəlki Yazı

Azərbaycanda süni intellektin inkişaf istiqamətləri formalaşdırılacaq

Növbəti Yazı

Hizbullah Hayfada İsrail ordusunun hərbi obyektinə zərbə endirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.