Ukrayna Kanadadan 400 milyon Kanada dolları (290,5 milyon dollar) məbləğində əlavə kredit alacaq. Bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
“Bu gün, oktyabrın 11-də Ukraynanın maliyyə naziri Sergey Marçenko Kanada hökuməti ilə 400 milyon Kanada dolları məbləğində əlavə kredit üçün 4-cü əlavə sazişi imzalayıb”, mətndə deyilir. 10 il müddətinə verilir, faiz dərəcəsi illik 1,5% təşkil edir. Güzəşt müddəti vəsaitin alındığı tarixdən 4,5 ildir.
Marçenkonun bununla bağlı qeyd edib ki, “Kanada 2022-ci ilin fevralından bəri birbaşa büdcə dəstəyi 5 milyard dollardan çox təşkil edib”. (Tass)