İyun 24, 2025-10:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Zaqatalada “KOB Fest” sərgi-satış yarmarkası açılıb

2024:10:11 - 17:50
in İQTİSADİYYAT
A A
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zaqatala rayonunda “KOB Fest” sərgi-satış yarmarkası açılıb. Yarmarkada Zaqatala və ətraf bölgələrdən olan 30-a yaxın KOB subyekti öz məhsullarını nümayiş etdirir və satışını həyata keçirir. Yarmarkada əsasən kənd təsərrüfatı və sənaye, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, çərəzlər, konservlər, suvenirlər, müxtəlif əl işləri, xalça, dəri üzərində tikmələr, taxta üzərində oyma işləri və digər müxtəlif məhsullar təqdim olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov belə tədbirlərin bölgədə fəaliyyət göstərən KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıblar.

“KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası Mədəniyyət evinin qarşısında oktyabrın 13-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, “KOB Fest” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədi daşıyır. Bu tədbir KOB subyektlərinə yeni əməkdaşlıqlar qurmaq, görüşlər keçirmək və satış bacarıqlarını inkişaf etdirmək imkanı da yaradır. Bundan əvvəl “KOB Fest” Bakı, Göygöl, Şəki, Gəncə, Masallı və Naxçıvanda keçirilib. Ümumilikdə, bu yarmarkalar çərçivəsində 300-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib.

Əvvəlki Yazı

Aydın Səfixanlı: Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib

Növbəti Yazı

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.