“Hizbullah” şiə milislərinin dəstələri quru əməliyyatı zamanı Cənubi Livan ərazisində İsrail hərbçilərinin işğal etdikləri mövqelərinə hücum edib. Bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
“İslam müqaviməti döyüşçüləri Bəvvəbat əl-Fatimə bölgəsindəki qapalı sərhəd keçidində düşmən qüvvələrinin cəmləşdiyi yerə toplardan atəş açıb və düşmənə itkilər verib”, – mətndə deyilir və Rmeiş və Yarun kəndlərinin cənubu atəşə tutulub”.
Livanın cənubunun qərb sektorunda Ras əl-Nakura bölgəsində İsrail elit bölmələri ilə şiddətli atışma olub. Mətndə deyildiyi kimi, düşmən hələ də sərhəd bölgəsində hökmranlıq edən yüksəklikləri ələ keçirə bilməyib.
“İsrail komandanlığı idarə olunan raketlərlə vurula biləcəyindən qorxaraq Livan ərazisini işğal edərkən tanklardan və zirehli texnikadan fəal istifadə etməkdən çəkinir”, – bəyanatda vurğulanır. (Tass)