Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza zolağının mərkəzində məktəbə hücumu nəticəsində 20 nəfər həlak olub. Bu barədə agentliyin komissarı Filip Lazzarini məlumat verib.
“UNRWA məktəbinin atəşə tutulması nəticəsində 20 nəfər həlak olub” deyə Lazzarini X (keçmiş Twitter) yazıb. “Məktəb bu gün başlayan poliomielit peyvəndi kampaniyasına ev sahibliyi etməli idi” deyən UNRWA rəhbəri əlavə edib ki, bina “əhəmiyyətli ziyan gördüyü” üçün məktəbdə peyvənd ləğv edilməli idi.
Lazzarini həmçinin bildirib ki, Deyr əl-Bələh şəhərində Əl-Əqsa Şəhidləri Xəstəxanasının həyətinə edilən hücum nəticəsində insanların sığındığı çadırlar yanıb. UNRWA rəhbəri insidenti “kabus gecəsi” adlandırıb və Qəzzada “sonsuz cəhənnəm”in davam etdiyini bildirib.
Bundan əvvəl “Əl-Cəzirə” telekanalı İsrailin Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhərində fələstinli qaçqınlar düşərgəsinə endirdiyi zərbə nəticəsində 3 nəfərin öldüyünü, 40 nəfərin isə yaralandığını bildirmişdi. (Tass)