Nüvə silahlarının azaldılması ilə bağlı təmaslar dayandırıla bilməz, lakin bütün məsələlər mövcud vəziyyət nəzərə alınmaqla nəzərdən keçirilməlidir. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Rusiya, Çin və KXDR ilə ilkin şərt olmadan nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib. Peskov Kremlin bu cür danışıqlara hazır olub-olmaması sualını cavablandırarkən qeyd edib ki, təhlükəsizliyin digər aspektləri nəzərə alınmadan danışıqlar aparıla bilməz.
“Rusiya bu cür təmasları zəruri hesab edir, onları arxa plana qoymaq olmaz, lakin biz mövcud vəziyyəti nəzərə alaraq bütün təhlükəsizlik məsələlərini kompleks şəkildə nəzərdən keçirməliyik”, – Kreml nümayəndəsi qeyd edib.