Tehran dünyanın Yaxın Şərqdə insan haqlarının müdafiəsi üçün hərəkətə keçəcəyini və İsrailə dəstəyi dayandıracağını gözləyir. Bunu İran Məclisinin (parlament) sədri Məhəmməd Bağır Qalibaf Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyasında çıxışı zamanı deyib.
“Biz öz tarixi borcumuzu yerinə yetiririk və hələ də dünyanın [Yaxın Şərqdə] insan hüquqlarının müdafiəsi üçün nə edəcəyini gözləyirik. Hələ gec deyil, siz iqtisadi dəstək, hərbi dəstək, kəşfiyyat dəstəyi və s. daxil olmaqla bütün növ dəstəyi dayandırmalısınız və bu rejimi davamlı atəşkəsə razılaşmağa məcbur etməlisiniz”. (Tass)